AZ

Tramp “Müsəlman Qardaşları” ilə bağlı sərəncam imzalayıb...

ABŞ Prezidenti Donald Tramp Müsəlman Qardaşları təşkilatının bəzi şöbələrinin Xarici terror təşkilatları və xüsusi təyin edilmiş qlobal terrorçular siyahısına daxil edilməsi prosesinə başlamağı tapşıran sərəncam imzalayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki,o, prosesin icrasını dövlət katibi Marko Rubio və xəzinədarlıq katibi Skot Bessentə tapşırıb.

“Bu sərəncam imzalandığı gündən sonrakı 30 gün ərzində dövlət katibi və xəzinədarlıq katibi Baş Prokuror və milli kəşfiyyat direktoru ilə məsləhətləşmələrdən sonra Livan, İordaniya və Misirdəki bölmələr də daxil olmaqla Müsəlman Qardaşlarının hər hansı bir bölməsinin xarici terror təşkilatı təyin edilməsi ilə bağlı prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vasitəsilə Prezidentə birgə hesabat təqdim etməlidirlər”, - deyə sərəncamda qeyd olunur.

Seçilən
22
3
sia.az

4Mənbələr