AZ

Dünya üçün dəhşətli proqnoz 17 il öncə yaşananlar təkrarlanacaq?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlər bəzi xarici ekspertlərin çıxışları müzakirə edilir. Belə ki, onlar insanlara israrla müraciət edərək pul yığmağı, artıq xərclərdən çəkinməyi tövsiyə edirlər. Bu çağırışlarda xüsusilə çöldə yemək yeməyə, istirahət və tətil xərclərinə ara vermək kimi konkret məsləhətlər səsləndirilir. Ekspertlərin əsas arqumenti isə budur ki, yaxın aylarda qlobal miqyasda ciddi iqtisadi böhran yaşanacaq.

Bu cür bəyanatların arxasında reallıq varmı? Yoxsa həmin ekspertlər sadəcə diqqət çəkmək üçün manipulyasiya edirlər?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, qlobal böhran ehtimalını tam istisna etmək mümkün deyil:

“Bunu şərtləndirən bir sıra amillər var. Məsələn, faiz dərəcələrinin uzun müddət yüksək qalması, Azərbaycanda müşahidə olunan struktur problemlər, qlobal, regional geosiyasi gərginliklər və digər faktorlar bu sırada yer alır. Bütün bunlar yeni bir qlobal böhranın başlanğıcı ola bilər. Lakin belə proseslərin dəqiq proqnozlaşdırılması mümkün deyil. Məsələn, iqtisadçılar 2008-ci il qlobal böhranı və 2020-ci il pandemiyasını əvvəlcədən müəyyənləşdirməmişdi, proses qəfil baş verdi. Bu dəfə də böhran olarsa, ehtimal ki, eyni şəkildə olacaq”.

Elçin Rəşidov

İqtisadçının sözlərinə görə, bəzi ekspertlərin tez-tez belə proqnozlar səsləndirməsi diqqət çəkməyə, videolarının izlənmə sayını artırmağa xidmət edir:

“Çünki insanlar belə xəbər və proqnozlara daha həssas yanaşır, paylaşır və narahatlıq keçirirlər. Məsələnin başqa tərəfi isə odur ki, bu cür fikirlərin geniş yayılması özlüyündə böhran riskini artırır. İnsanlar xərcləmələri azaltdıqda və yığımlara üstünlük verdikdə, iqtisadi aktivlik zəifləyir. Bu isə böhran riskini artırır. Ona görə də belə açıqlamaların vəziyyəti daha da gərginləşdirdiyi açıq görünür”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
globalinfo.az

1Mənbələr