Hüseyn Hacıyev adlı azərbaycanlı Moskva ticarət mərkəzində mühafizəçini bıçaqlayaraq qaçıb.
Publika.az xəbər verir ki, bu barədə hərbi müxbir Oleq Bloxin məlumat yayıb.
"Bundan sonra Hacıyev onu saxlayan ən azı daha iki polis əməkdaşını yaralayıb", - Bloxin bildirib.
Hərbi müxbirin verdiyi məlumata görə, Moskvanın Orexovı bulvarında yerləşən ticarət mərkəzində mühafizəçi ona ictimai yerlərdə namaz qılmağı qadağan etdikdən sonra Hacıyev bıçaqla mühafizəçiyə hücum edib.
"Kişiyə bir neçə bıçaq zərbəsi vurduqdan sonra yetkinlik yaşına çatmayan cinayətkar ticarət mərkəzini tərk edib. Mühafizəçini xilas etmək mümkün olub və ona dərhal tibbi yardım göstərilib", - Bloxin qeyd edib.