“OpenAI” “ChatGPT”nin istifadəçilərlə həddindən artıq emosional ünsiyyət qurmasının qarşısını almaq üçün modeldə yeni məhdudiyyətlər tətbiq edib.
Bizim.Media şirkətin məlumatına istinadən xəbər verir ki, son yeniləmələr çatbotun “çox emosional, tərif dolu və asılılıq yaradan” davranışlara meyil göstərməsinə səbəb olub.
Yeni qaydalara əsasən, “ChatGPT” uzun emosional söhbətlər zamanı fasilələr təklif edəcək və istifadəçidə bağlılıq yaradan reaksiyaları məhdudlaşdıracaq. Sistem zərərli təsdiqləmələr, yanlış məsləhətlər və özünə zərər yönümlü cavabların qarşısını almaq üçün daha sərt şəkildə tənzimlənib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta