"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununa bu gün çıxacaq.

Offsideplus.az xəbər verir ki, onlar "Napoli"dən olan yaşıdları ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Rəşad Sadiqovun komandası əvvəlki 4 oyunun hamısında məğlub olub. Rəqibin isə aktivində 3 xal var.