AZ

Aktau şəhərində 300 milyon dollarlıq yeni dəniz limanı tikiləcək

Layihənin strateji tərəfdaşı Çin şirkəti “Çjonğun İnternəşnl” olacaq…

Qazaxıstanın Aktau şəhərində 300 milyon ABŞ dolları dəyərində böyük dəniz limanının tikintisi planlaşdırılır.

Poliqon xəbər verir ki, bu barədə ölkə hökumətinin iclasında Manqıstau vilayətinin akimi Nurdaulət Kılıbay məlumat verib.

Akim bildirib ki, layihənin strateji tərəfdaşı Çin şirkətlər qrupuna daxil olan “Çjonğun İnternəşnl” olacaq. Yeni liman yalnız regionun logistika potensialını artırmayacaq, həm də Qazaxıstanın tranzit imkanlarının genişlənməsində mühüm rol oynayacaq.

Kılıbayın sözlərinə görə, limanın inşası nəticəsində “Çin – Qazaxıstan – Aktau – Bakı – Poti – Avropa” marşrutu boyunca yeni beynəlxalq nəqliyyat dəhlizi formalaşacaq. Bu dəhliz yükdaşımaların daha sürətli həyata keçirilməsinə, Xəzər hövzəsində ticarət axınının artmasına və Orta Dəhlizin güclənməsinə ciddi töhfə verəcək.

Qazaxıstan rəsmiləri bildirirlər ki, layihə ölkənin logistika infrastrukturunu müasirləşdirmək, liman terminallarının buraxılış qabiliyyətini artırmaq və regionun iqtisadi aktivliyini yüksəltmək məqsədi daşıyır.

Yeni limanın tikintisi həm Çinlə ticarət əlaqələrini möhkəmləndirəcək, həm də Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya çıxışı daha rəqabətli və dayanıqlı edəcək.

Poliqon.info

Seçilən
51
poliqon.info

1Mənbələr