Çempionlar Liqasının Liqa mərhələsinin V turunda bu gün 9 qarşılaşma oynanılacaq.

Offsideplus.az xəbər verir ki, son 3 turda qələbə qazanan "Qalatasaray" bu gün Belçika çempionatının lideri "Yunion" ilə qarşılaşacaq.

"Sarı-qırmızılar" bu görüşdə qələbə qazanarsa, ilk 24-lüyə düşmək məsələsini böyük ölçüdə həll edəcək.

Gecənin ən maraqlı oyunlarından biri Londonda baş tutacaq. "Çelsi" "Barselona" ilə üz-üzə gələcək.

Günün bütün oyunları isə belədir:

Çempionlar Liqası, Liqa mərhələsi V tur

25 noyabr (çərşənbə axşamı)

21.45. "Qalatasaray" (Türkiyə) - "Yunion" (Belçika)

21:45. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya)

00:00. "Marsel" (Fransa) - "Nyukasl" (İngiltərə)

00:00. "Mançester Siti" (İngiltərə) - "Bayer 04" (Almaniya)

00:00. "Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya)

00:00. "Budyo Qlimt" (Norveç) - "Yuventus" (İtaliya)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Vilyarreal" (İspaniya)

00:00. "Napoli" (İtaliya) - "Qarabağ" (Azərbaycan)

00:00. "Slaviya" (Çexiya) - "Atletik" (İspaniya)