AZ

Xəzər regionu dönüş nöqtəsindədir - SOCAR-ın vitse-prezidenti

Bakı. Trend:

Xəzər regionu dönüş nöqtəsindədir. Bizim güclü tariximiz, dərintexniki təcrübəmiz, önəmli aktivlərimiz var və indi rəqəmsaluyğunlaşmadan tutmuş ekoloji performansa qədər qlobal gözləntilərləüzləşirik.

Trend xəbərverir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bu günBakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında deyib.

"Bu konfrans həmin çağırışları birlikdə müzakirə etmək vəregionu rəqabətqabiliyyətli saxlamaq üçün praktiki addımlarmüəyyənləşdirmək üçün mühüm platformadır. Bu zəngin proqramınarxasında sədaqətlə çalışan könüllülər durur", - vitse-prezidentbildirib.

Onun sözlərinə görə, bu bacarıqların inkişafı bu gün dahasəmərəli işləməyə və sabahın çağırışlarına daha hazır olmağa köməkedəcək:

"Gələcəyi ilhamlandırırıq. Bunun üçün gənc mütəxəssisləri,tələbələri və karyerasının əvvəlində olan mühəndisləridəstəkləyirik. Onların yeni düşüncə tərzi və marağı Xəzərregionunun növbəti inkişaf mərhələsini formalaşdıracaq. Lakin təkcəgənc istedadları cəlb etmək kifayət deyil. Onları saxlamaq davacibdir. Gənclər inkişaf üçün aydın yollar, irəliləmə imkanları vətöhfələrinin əhəmiyyətini hiss etməlidirlər.
Biz istəyirik ki, öyrənən, əlaqə quran və ideya yaradan növbətinəsil bu sənayedə güclü gələcək görsün. Bu ilki proqram məhz bu üçmövzunu əhatə edir. Növbəti üç gün ərzində siz dünyanın müxtəlifölkələrindən liderlərin və mütəxəssislərin çıxışlarınıdinləyəcəksiniz. Proqram çərçivəsində sessiyalar, layihətəqdimatları və 100-dən çox texniki məruzə hazırlanıb. Mövzularlayların idarə edilməsindən tutmuş qazma işlərinə, rəqəmsaltransformasiyadan tutmuş dekarbonizasiya, əməliyyat mükəmməlliyi vəişçi qüvvəsinin yeni bacarıqlarına qədər geniş sahələri əhatəedir.

Bu konfrans həmin çağırışları birlikdə müzakirə etmək və regionurəqabətqabiliyyətli saxlamaq üçün praktiki addımlarmüəyyənləşdirmək üçün mühüm platformadır", - vitse-prezidentvurğulayıb.

Məqalədə:
Seçilən
15
2
az.trend.az

3Mənbələr