AZ

İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib (FOTO)

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdindəfəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi“CyberCollab” layihəsi çərçivəsində İsrailin “Technion” Texnologiyaİnstitutu ilə birgə AZCON Holding şirkətlərindən olan AzərbaycanHava Yollarının (AZAL) rəhbər şəxsləri üçün kibermaarifləndirmətəlimi təşkil edib. Təlimdə AZAL-ın 50-dən çox rəhbər şəxsi iştirakedib.

Trend xəbərverir ki, tədbirdə çıxış edən İRİA-nın sədr müavini Şahin Əliyevaviasiya sahəsində kiberhücum risklərindən bəhs edərək bu sahəninrəhbər şəxslərinin kiberhücumlara qarşı hazırlıqlı olmalarınınvacibliyini və bu istiqamətdə kibertəhlükəsizlik təlimlərininkeçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir “Technion” Texnologiya İnstitutunun ekspertləritərəfindən təqdim olunan sessiyalarla davam edib. Təlim sessiyalarıçərçivəsində iştirakçılar real aviaşirkət məlumat sızmalarıəsasında risklərin xəritələndirilməsi, kritik məlumatlarınqorunması və sızma baş verdikdə rəhbərliyin atmalı olduğuaddımlarla tanış olublar. Real kiberhücum ssenarisi əsasındahücumun uçuş əməliyyatları, rezervasiya sistemləri və sərnişinkommunikasiya kanallarına təsiri qiymətləndirilərək rəhbər şəxslərhücum zamanı sistemlərin bərpası üzrə prioritetlərinmüəyyənləşdirilməsi, xidmətin fasiləsizliyinin təmin edilməsi və s.istiqamətlərdə real qərarvermə ssenariləri üzərində çalışıblar.

Sessiyalar zamanı böyük maliyyə və reputasiya itkilərinə səbəbola biləcək, xüsusilə rəhbər şəxsləri hədəf alan fırıldaqçılıqhücumlarının real nümunələr əsasında təhlili aparılaraq,iştirakçılara daxili prosedurların möhkəmləndirilməsi barədətövsiyələr verilib.

Süni intellektin kibertəhlükəsizlikdə həm müdafiə, həm də hücumtərəfdə yaratdığı imkan və riskləri əhatə edən sessiyada rəhbərşəxslər süni intellekt əsaslı müdafiə sistemləri, eləcə də süniintellekt texnologiyaları ilə gücləndirilmiş hücumlara qarşıqurumun dayanıqlığını artırmaq üçün tələb olunan strateji hazırlıqaddımları ilə tanış olublar.

Komanda əsaslı simulyasiya zamanı isə rəhbər şəxslərkiberinsident anında operativ qərarvermə, kommunikasiya və böhranidarəetməsi proseslərini təcrübədə tətbiq ediblər.

Tədbir spikerlərin iştirakı ilə keçirilən dəyirmi masamüzakirəsi və aviasiya sektoruna dair araşdırma nəticələrinintəqdimatı ilə yekunlaşıb.

Qeyd edək ki, təlimin keçirilməsinin əsas məqsədi aviasiyasənayesində artmaqda olan kiberhücum risklərinə qarşı rəhbərheyətin operativ qərarvermə bacarıqları, məlumatlılığı və stratejihazırlığını gücləndirməkdir.

Xatırladaq ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi fəaliyyətəbaşladıqdan bu günə qədər 200-ə yaxın rəhbər şəxsəkibermaarifləndirmə təlimləri təşkil edib. Təlimlərdə KəndTəsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyininalt qurumları, “FinTech” sahəsinin və neft-qaz sektorunu əhatə edənqurumların rəhbər şəxsləri iştirak ediblər.

İRİA
İRİA
İRİA
İRİA
İRİA
Seçilən
69
5
az.trend.az

6Mənbələr