AZ

Xəzər regionunda yeni resursların kəşfi üçün imkanlar böyükdür - Vladimir Roqov

Bakı. Trend:

Xəzər regionunda yeni resursların kəşfi üçün imkanlarböyükdür.

Trend xəbərverir ki, bunu BCG Azərbaycanın İdarəedici direktoru və tərəfdaşıVladimir Roqov bu gün Bakıda keçirilən SPE 2025 Xəzər TexnikiKonfransında deyib.

Onun sözlərinə görə, son beş ildə paralel olaraq baş verənproseslərə nəzər saldıqda, sənayenin istiqamətinin dəyişdiyigörünür:

"Şirkətlər prioritetlərini dəyişərək səhmdarların gəlirödənişlərinə üstünlük verməyə, reinvestisiya səviyyəsini isəazaltmağa başladılar. Bu ödənişləri davamlı saxlamaq zərurəti CAPEXxərclərinə əlavə təzyiq yaradır və nəticədə kapital qoyuluşuuğrunda rəqabəti daha da gücləndirir. Buna görə də, əgər Xəzərregionu bu investisiyaları cəlb etmək istəyirsə, biz həminkapitalın digər coğrafiyalara deyil, məhz buraya yönəlməsi üçünuyğun şərait yaratmalıyıq. Enerji keçidi fonunda investorlarıngözləntiləri də dəyişib: maneə faizləri (hurdle rates) yüksəlir,investisiyalar əvvəlki onilliklərlə müqayisədə daha yüksək riskkimi qiymətləndirilir və investorlar həm daha sürətli, həm dahayüksək gəlir tələb edirlər. Bu isə layihələrə əlavə təzyiq göstərirvə daha müasir texnologiyaların tətbiqini, həmçinin bütünekosistemin daha böyük səylə prosesə cəlb olunmasını tələbedir.

Çünki digər regionlardan fərqli olaraq, Xəzər hövzəsindəinvestisiya aktivliyi bu onilliyin əvvəlindən etibarən nisbətənzəifləyib. Halbuki əvvəlki onillikdə regionun payına digərbölgələrlə müqayisədə daha yüksək həcmdə CAPEX düşürdü. Buonillikdə isə həm Qazaxıstanda, həm də Azərbaycanda böyük layihələrəsasən tamamlanaraq hasilat mərhələsinə keçdiyi üçün investisiyasəviyyəsi azalıb. Hazırda investisiyalar əvvəlki dövrə nisbətəntəxminən 50% aşağıdır və mövcud planlara əsasən növbəti onillikdədə daha aşağı səviyyədə qala bilər".

O bildirib ki, beft ehtiyatları dünya üzrə yalnız 2% təşkil etsədə, qlobal qaz ehtiyatlarının 10%-i məhz bu regiondadır:

"Region həm Avropa, həm də Asiya ilə birləşdirən infrastrukturlatəchiz olunub. Dünyanın demək olar ki, bütün böyük şirkətləri üçünən strateji layihələr məhz burada yerləşir. Azərbaycanda BP,Xəzərin digər sahillərində Chevron, Exxon, Shell, Eni və digər irişirkətlərin iştirakı ilə həyata keçirilən layihələr onlarınportfellərində ən iri aktivlər sırasındadır".

V. Roqov vurğulayıb ki, yeni resursların kəşfi üçün imkanlarböyükdür:

"Keçmişdə geoloji-kəşfiyyat (exploration) xərcləri kifayət qədəraşağı idi, ona görə də hələ çox potensial araşdırılmamış olaraqqalır. Son illərdə həm Azərbaycanda, həm də Xəzərin digərərazilərində kəşfiyyat işlərinin aktivləşməsi, habelə imzalananyeni Anlaşma Memorandumları bunu bir daha təsdiqləyir. Eyni zamandaBabək Məlimin qeyd etdiyi kimi, artıq 80 ilə yaxındır işlədilənyataqların bərpası üçün də böyük imkanlar mövcuddur. Çünki buyataqlarda hasilat əmsalları hələ də aşağıdır və yerin altındakifayət qədər böyük neft-qaz ehtiyatı qalır. Dünyanın müxtəlifregionlarında geniş tətbiq olunan texnologiyaların bir çoxu buradahələ də sınaq mərhələsindədir və geniş miqyasda tətbiq edilmir.Məsələn, geniş istifadə olunan Enhanced Oil Recovery (EOR)metodları bizdə tam tətbiq olunmayıb.

Bu kontekstdə bugünkü panelin bizə Xəzər regionunda çalışanaparıcı şirkətlərin mövcud imkanlar, çətin hasil olunanehtiyatların açılması və regiondakı geosiyasi-iqtisadi mühitfonunda bu imkanlardan necə istifadə etməyi planlaşdırdıqlarıbarədə əhəmiyyətli baxış təqdim edəcəyini düşünürük".

Seçilən
5
1
az.trend.az

2Mənbələr