AZ

Trampın Ukrayna planından sonra Aİ ABŞ a tam güvənə bilməz Röttgen

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın Ukrayna üzrə sülh təşəbbüsləri Avropa İttifaqında (Aİ) ciddi narahatlıq yaradıb. Almaniyada CDU/CSU fraksiyasının xarici siyasət eksperti Norbert Röttgenin sözlərinə görə, Vaşinqtonun mövqeyi dəyişkən olduğundan Aİ artıq ABŞ-a tam etibar edə bilməz.

Bizimyol.info xəbər verir ki, "Financial Times"a danışan Röttgen bildirib ki, Avropa uzun illərdən sonra ilk dəfədir ki, təhlükəsizlik məsələlərində ABŞ-a arxalanmağın risklərini açıq şəkildə hiss edir: “İkinci Dünya Müharibəsindən bəri belə bir vəziyyət olmayıb. Artıq yeni reallıqda yaşayırıq və Avropanın öz təhlükəsizliyinə daha çox sahib çıxması qaçılmazdır”, - deyən siyasətçi qeyd edib ki, prezident Donald Trampın Ukrayna ilə bağlı planının təfərrüatları Berlində “şok effekti” yaradıb.

23 noyabrda ABŞ və Ukrayna Tramp administrasiyasının təqdim etdiyi 28 bəndlik sülh planı ilə bağlı məsləhətləşmələr aparıb. Dövlət katibi Marko Rubio görüşü “indiyədək ən məhsuldar danışıqlar” adlandırıb. Ukrayna mediası tərəflərin planın böyük hissəsi üzrə razılaşdığını yazır. Müzakirələrdən sonra sənədin 19 bəndə endirildiyi bildirilir.

Rubionun açıqlamasına görə, Ukraynanın Aİ-yə inteqrasiyası və NATO-ya mümkün üzvlüyü ayrıca danışıqlar formatında müzakirə olunacaq.

Qərb mətbuatı yazır ki, planın ilk variantında Ukraynanın NATO-dan imtinası, alyansın isə Kiyevi inteqrasiya etməmək öhdəliyi yer alırdı. Həmçinin ABŞ və digər ölkələrin Krım və Donbass üzərində Rusiyanın suverenliyini tanıması, Ukrayna qüvvələrinin Donetsk bölgəsindən çıxarılması, rus dilinə dövlət statusu verilməsi, Ukrayna ordusunun sayının məhdudlaşdırılması və Rusiyaya qarşı sanksiyaların ləğvi kimi maddələr mövcud idi.

Aİ liderləri bu bəndlərin bir çoxu ilə razılaşmayaraq öz alternativ təkliflərini hazırlamağa başlayıblar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskva Ukrayna məsələsi üzrə dialoqa hazırdır, lakin ABŞ-la bu mövzuda yaxın vaxtlar üçün konkret təmaslar planlaşdırılmır. Rusiya, həmçinin Vaşinqton və Kiyevin Cenevrədəki son məsləhətləşmələrindən sonra yenilənmiş planın rəsmi mətnini hələ almayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
102
icma.az

1Mənbələr