Bakı. Trend:
Mövcud enerji tələbatı trayektoriyasına baxsaq, 2050-ci ildəbugünkü səviyyədən təxminən 10% daha çox enerji lazım olacaq.
Trend xəbərverir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrəregional prezidenti Ciovanni Kristofoli bu gün Bakıda keçirilən SPE2025 Xəzər Texniki Konfransında deyib.
O vurğulayıb ki, dünyanın bu regionun məhsuluna ehtiyacıvar:
"Dünyanın karbohidrogenlərə tələbatı davam edir. Yaxınlarda bp“Energy Outlook” hesabatını dərc edib. Mövcud enerji tələbatıtrayektoriyasına baxsaq, 2050-ci ildə bugünkü səviyyədən təxminən10% daha çox enerji lazım olacaq. Bu enerjinin təxminən yarısınıyenə də neft və qaz təşkil edəcək. Hətta temperatur artımının 2dərəcədən aşağı saxlanıldığı ssenaridə belə, enerji tələbatıbugünkü səviyyənin təxminən üçdə ikisi qədər qalır və bu tələbatınüçdə biri yenə də neft və qaz olacaq".
"Yəni reallıq odur ki, biz hələ onilliklər boyukarbohidrogenlərə ehtiyac duyacağıq. Bu səbəbdən də regionuninkişaf etməsi və geniş coğrafiya üçün enerji mərkəzi kimifəaliyyətini davam etdirməsi vacibdir", - o qeyd edib.