
Bankların maliyyə sağlamlığını müəyyən edən ən mühüm göstəricilərdən biri likvidlikdir. Yəni bank qısamüddətli öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər nağd və tez pula çevrilən aktivlərə sahib olmalıdır. Müştərilər və ictimaiyyət isə adətən bu barədə məlumatsız olur. Əslində Azərbaycanda maliyyə savadlılığının aşağı olmasını nəzərə alsaq, likvidlik haqqında məlumatsız olan cəmiyyəti başa düşmək olar.
Biz də Kommersant.az olaraq bu günə özəl və kommersiya banklarından olan gözəl “Rabitəbank”ın likvidlik problemlərinə nəzər saldıq. Nəzər saldıq, amma gördüklərimiz heç də ürəkaçan olmadı. Çünki bankın 267 milyon 729 min manatlıq aktivinin 76 milyon 294 min manatı nağd pul və ekvivalentlərinə aiddir. Amma bu pulun heç “bir manatı” belə ani və ya 7 gün ərzində istifadə edilə bilmir. Məsələ tək bununla bitmir. Bankın qiymətli kağızlarda olan 10 milyon 812 min manatlıq aktivlərinə də yaxın 1 həftə ərzində əl vurmaq mümkünsüzdür.
Bundan başqa bankın müştərilərinə verdiyi 61 milyon 541 min manatın sadəcə 3 milyon 316 min manatını və ya 5.4 faizini 1 həftə ərzində geri ala bilir.
Əslində bu yazını daha geniş yaza bilərdik. Amma nə “Rabitəbank”ı, nə də siz oxucuları yormaq istəmirik. Yazını oxuyub aşağıdakı şəkilə baxsanız, hər şeyi az da olsa, başa düşə bilərsiniz.
