AZ

Bakıda "SPE Xəzər Texniki Konfransı" keçirilir - FOTO

Bu gün Bakıda paytaxtda "SPE Xəzər Texniki Konfransı" işinə başlayır.

"APA-Economics" xəbər verir ki, üç gün davam edəcək tədbir qəbul edən təşkilat olan SOCAR-ın dəstəyi ilə keçirilir və “Keçmişdən öyrənirik, bu günü yeniləyirik, gələcəyi ilhamlandırırıq” mövzusuna həsr olunub.

Konfrans Xəzər regionunun enerji sektorunda çalışan dövlət nümayəndələrini, sənaye ekspertlərini və texnoloji şirkətlərin təmsilçilərini bir araya gətirib.

Proqram çərçivəsində açılış mərasimi, SPE-nin regional mükafatlarının təqdimatı, yüksək səviyyəli plenar sessiyalar, eləcə də 20-dən çox tematik panel təşkil olunacaq. Rəqəmsallaşma, süni intellektin tətbiqi, yetkin yataqların səmərəliliyinin artırılması, enerji təhlükəsizliyi və dayanıqlı təchizat məsələləri günün əsas müzakirə mövzularıdır.

Konfransda SOCAR, bp, SLB, TotalEnergies, Baker Hughes, Chevron, Halliburton və digər qlobal şirkətləri təmsil edən şəxslər çıxış edəcəklər.

Tədbirlə paralel olaraq texnoloji sərgi də fəaliyyət göstərir. Burada şirkətlər enerji sənayesinin gələcək inkişafını müəyyənləşdirən yeni mühəndislik həllərini və texnoloji yeniliklərini təqdim edirlər.

Tədbir noyabrın 27-nə qədər davam edəcək.

SPE – Neftçilər-mühəndisləri cəmiyyəti – 146 ölkədən 132 min mütəxəssisi birləşdirən beynəlxalq təşkilatdır. SPE peşəkar standartları inkişaf etdirir, təhsil proqramları yaradır, sahəvi icmaları dəstəkləyir və bilik mübadiləsi üçün platforma rolunu oynayır. SPE-nin ofisləri Kalqari, Dallas, Dubay, Hyuston və Kuala-Lumpurda fəaliyyət göstərir.

Bakıda Bakıda
Seçilən
29
apa.az

1Mənbələr