Almaniya Bundestaqının üzvü Norbert Röttgen ABŞ-ı hədəf alan sərt açıqlama ilə çıxış edib. Almaniyalı deputat artıq Avropada ABŞ-a böyük etibarsızlıq yarandığı barədə danışıb. Almaniyalı deputatın fikrincə, Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun planında əhəmiyyətli dəyişikliklər edilsə belə, AB artıq tamamilə ABŞ-a etibar edə bilməz. "Belə bir hal İkinci Dünya müharibəsindən bəri baş verməyib. İndi biz yeni bir dünyada yaşayırıq" - N.Röttgen bildirib.
Mətləb