AZ

İşğaldan Zəfərə, Zəfərdən quruculuğa: Kəlbəcərin beşillik yolu

Bakı.Trend:

Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrininişğalından azad edilməsindən beş il ötür.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncamaəsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü kimi qeydolunur. Kəlbəcər qədim tarixi, minilliklərə söykənən mədəni irsi,təbii sərvətləri və strateji mövqeyi ilə Azərbaycanın ən dəyərlibölgələrindən biridir. İşğaldan əvvəl burada aşkar edilmiş 30 minillik yaşayış izləri, qədim qaya təsvirləri, türk əlifbasınümunələri və tarixi abidələr regionun Azərbaycan mədəniyyətininmühüm beşiyi olduğunu təsdiqləyir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatıSevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, 1993-cü ildə Kəlbəcərin işğalıxalqımız üçün böyük faciə olmuş, yüzlərlə dinc sakin qətləyetirilmiş, on minlərlə insan öz doğma yurdlarından didərgindüşmüş, rayonun mədəniyyət, təhsil, səhiyyə və sosialinfrastrukturu tamamilə dağıdılmışdı:

"Ermənistanın bölgədə həyata keçirdiyi qanunsuz məskunlaşdırmasiyasəti, ərazilərə vurduğu ağır ekoloji və maddi ziyan beynəlxalqhüququn kobud şəkildə pozulmasının bariz nümunəsi idi. Vətənmüharibəsində Azərbaycan Ordusunun şücaəti və AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıcənab İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində Kəlbəcərrayonunun şimal hissəsində mühüm strateji yüksəkliklər azad edildi.Bu, Ermənistan ordusunun hərbi-logistik təminatını iflic edərək 10noyabr 2020-ci il Üçtərəfli Bəyanatında Kəlbəcərin Azərbaycanınnəzarətinə qaytarılmasını təmin edən əsas amillərdən biri oldu. 25noyabr 2020-ci ildə Kəlbəcərin bir güllə atılmadan, diplomatiküstünlük yolu ilə Azərbaycana təhvil verilməsi müasir tariximizinən böyük siyasi nailiyyətlərindəndir."

Deputat qeyd edib ki, 1993-cü il 30 aprel tarixli 822 saylı BMTTəhlükəsizlik Şurası Qətnaməsi Ermənistan–Azərbaycan münaqişəsiüzrə qəbul edilmiş ilk beynəlxalq sənəddir və Kəlbəcərin işğalınadünya birliyinin verdiyi rəsmi reaksiyanı əks etdirirdi:

"Qətnamədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən vəAzərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam vəqeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bu sənəd beynəlxalq hüquqbaxımından Ermənistanın işğalçı tərəf olduğunu təsdiqləyənfundamental normativ akt idi. Lakin rəsmi İrəvan bu tələbə əməletmədi və uzun illər ərzində qətnamənin icrasından imtina etdi. BMTTŞ-nin daimi üzvləri də daxil olmaqla beynəlxalq təşkilatlarqətnamənin icrası üçün mexanizmlər tətbiq etmədilər. Qətnaməninyerinə yetirilməməsi beynəlxalq hüquq sisteminin selektivliyini vəikili standartlar siyasətinin mövcudluğunu bir daha üzə çıxardı.Nəticədə Kəlbəcər və digər ərazilər 2020-ci ilədək faktiki işğalaltında qaldı və milyonlarla azərbaycanlının fundamental hüquqlarıpozuldu."

S.Mikayılova əlavə edib ki, 1999-cu ildən etibarən ErmənistanKəlbəcər də daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərindəməqsədyönlü və planlı şəkildə qeyri-qanuni məskunlaşdırma siyasətihəyata keçirməyə başladı:

"Bu fəaliyyət Cenevrə Konvensiyalarına, BMT TəhlükəsizlikŞurasının qətnamələrinə, ATƏT prinsiplərinə, beynəlxalq humanitarhüququn əsas normalarına tam zidd idi."

Deputat qeyd edib ki, 2020-ci ilin noyabrın 25-də Kəlbəcərnəzarətimizə keçəndən sonra rayonda böyük quruculuq işlərigörülməyə başlandı:

"Kəlbəcər şəhəri və rayonunun bütövlükdə yenidən qurulmasıAzərbaycan Respublikasının azad edilmiş ərazilərdə həyata keçirdiyiən böyük urbanizasiya, infrastruktur və sosial-iqtisadi inkişaflayihələrindən biridir. İşğal nəticəsində tamamilə dağıdılmışKəlbəcər bu gün ölkədə “ağıllı şəhər”, “yaşıl enerji zonası”,müasir kənd təsərrüfatı və turizm mərkəzi konseptlərinin tətbiqedildiyi əsas regionlardan birinə çevrilir. Bütün bu proseslər həmdövlət siyasətinin prioritetlərindən, həm də Prezident İlhamƏliyevin bölgəyə ardıcıl səfərləri zamanı müəyyən etdiyi stratejiinkişaf vizyonundan irəli gəlir. Azərbaycan Respublikası NazirlərKabinetinin təsdiq etdiyi “Kəlbəcər şəhərinin 2040-cı ilədək Başplanı” rayonda müasir, funksional və ekoloji dayanıqlı şəhərmodelinin qurulmasını nəzərdə tutur. Şəhərin ərazisi iki dəfədənçox genişləndirilir, yeni yaşayış məhəllələri, inzibati binalar,parklar, məktəblər, bağçalar, xəstəxanalar və idman obyektləri inşaolunur. Yaşıllıq sahəsinin adambaşına düşən norması ölkə üzrə ənyüksək göstəricilərdən biridir. "

S.Mikayılova qeyd edib ki, Vətən müharibəsində Zəfərdən sonraKəlbəcərdə həyata keçirilən yenidənqurma və bərpa proqramıAzərbaycan dövlətinin azad olunmuş ərazilərdə apardığı ən böyük vəən çətin layihələrdən biridir:

"İşğal zamanı tamamilə dağıdılmış şəhər və kəndlərin,yol-nəqliyyat, enerji, təhsil, səhiyyə və turizm infrastrukturununbərpası qısa müddətdə geniş miqyasda həyata keçirilir və Kəlbəcərbu gün ölkənin ən sürətli dəyişən bölgələrindən birinə çevrilir.Kəlbəcərə ilk köç bu ilin avqustun 21-də həyata keçirildi. MüzəffərAli Baş Komandan, cənab Prezident İlham Əliyev Kəlbəcər şəhərindəbirinci yaşayış kompleksinin açılışını etdi, sakinlərəmənzillərinin açarını təqdim etdi, ölkəmizin Birincivitse-prezidenti Mehriban xanım Əliyeva yeni Kəlbəcərin ilksakinlərini təbrik etdi."

S.Mikayılova əlavə edib ki, Kəlbəcər şəhərində yüzlərlə ailəninyaşayacağı yeni məhəllələr tikilir:

"Hazırda 524 ailəlik kompleksin ilk mərhələsinə köçürmə həyatakeçirilir, yeni çoxmənzilli binalar, sosial obyektlər, park vəistirahət zonaları istifadəyə verilir. Digər yaşayışkomplekslərinin də təməlləri qoyulub və sürətlə tikinti gedir.Yanşaq, Zallar, Zar kimi böyük kəndlərin tamamilə yenidənlayihələndirilməsi və qurulması aparılır. Bu kəndlərdə yüzlərləfərdi ev, məktəblər, bağçalar, ictimai obyektlər inşa edilir.Məskunlaşdırma mərhələli şəkildə həyata keçirilir və hər bir kəndmüasir kənd modeli kimi formalaşır. Bundan başqa yol–nəqliyyat,enerji infrastrukturu, turizm, sosial infrastruktur layihələrisürətlə həyata keçirilir."

Məqalədə:
Seçilən
105
7
az.trend.az

8Mənbələr