Bakı.Trend:
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ən yüksək səmərəliliknaminə yataqların işlənməsi üzrə yanaşmaları yenidən nəzərdənkeçirməyə hazırdır.
Trend xəbər verirki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakıda kçeirilənSPE Xəzər Texniki Konfransında deyib.
“Əsas meyar mövcud aktivlərdən maksimal effektiv istifadə etməyəimkan verən texniki həllər olaraq qalır. Mövcud yataqlarla işləyanaşı, SOCAR yeni layihələrə və artıq olan yataqların təkrarişlənməsinə də diqqət ayırır”, – deyə o bildirib.
Buna misal kimi B.Hüseynov “Bahar” yatağını göstərib. Onunsözlərinə görə, bu yataqda çıxarılma əmsalı 10 faizdən aşağı idi vəçoxları onu tükənmiş hesab edirdi. Lakin SOCAR komandası buradaəhəmiyyətli potensial müəyyən edib və layihənin inkişafını davametdirir.
“Geoloji kəşfiyyat ehtiyatların artırılması üçün vacib alətolaraq qalır və SOCAR komandası bu vəzifənin öhdəsindən uğurlagəlir. Bu isə uzunmüddətli hasilat və inkişaf balansını təminetməyə imkan verəcək”, – deyə o əlavə edib.