AZ

Direktorların işə qəbulunda daha çevik mexanizm tətbiq ediləcək

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Direktorların işə qəbulunda tətbiq edilən yeni qaydaların əsas məqsədi sistemin sadələşdirilməsi və daha effektiv hala gətirilməsidir. Artıq yanaşma ondan ibarətdir ki, məktəblərin idarə olunması üçün pedaqoji bilik və təcrübəsi yüksək olan şəxslərin seçilməsi daha məqsədəuyğundur. Mərhələlərin çoxluğu bəzən yüksək potensiallı uğurlu namizədlərin prosesə qoşulmasını əngəlləyirdi. Bu səbəbdən yeni sistemdə mərhələlər optimallaşdırılmış və daha çevik mexanizm tətbiq ediləcək”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli APA-ya müsahibəsində söyləyib.

O bildirib ki, bu dəyişikliklər həm vakant yerlərə daha operativ şəkildə təyinat aparılmasında, həm də peşəkar direktor profilinin formalaşmasına xidmət edəcək: “Hazırkı tətbiq müsahibə mərhələsinin rolunu artıraraq ən uyğun namizədlərin seçilməsinə imkan yaradır. Müsahibə nəticəsində namizədlərin potensialı daha dəqiq qiymətləndirilir və onlar uyğun vakant yerlərlə daha düzgün şəkildə uzlaşdırılır”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
icma.az

2Mənbələr