Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Şəhər Günü çərçivəsində tamaşa nümayişi, sərgilər, təsviri sənətlə bağlı ustad dərsləri, geniş konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.