AZ

Makron xalqını qorxuya salan sualı cavablandırdı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Hazırda müzakirə olunan hərbi xidmət islahatı fransalı gənclərinin Ukraynadakı münaqişə zonasına göndərilməsini nəzərdə tutmur”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Biz silahlı qüvvələr və dövlət arasında əlaqəni gücləndirməliyik. Lakin gənclərimizi Ukraynaya göndərəcəyimizlə bağlı hər hansı yanlış təsəvvürü indi aradan qaldırmalıyıq”, – o bildirib.

Bundan əvvəl Fransanın “Le Figaro” qəzeti mənbələrə istinadən yazıb ki, Fransa prezidenti ölkədə könüllü hərbi xidmətin tətbiqini elan etməyə hazırlaşır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr