Məşhur futbolçu Kriştianu Ronaldo və həyat yoldaşı olmağa hazırlaşan Georgina Rodriges 2026-cı ilin yayında Maderada nikah bağlayacaqlar.
Redaktor.az xəbər verir ki, bu barədə "Jornal da Madeira" nəşri məlumat yayıb.
Məlumata görə, toy mərasimi Ronalduonun doğulduğu Funşal şəhərindəki kilsədə keçiriləcək. Təntənəli mərasimdən sonra şənlik Maderadakı lüks hotellərdən birində davam edəcək. Cütlüyün nikahı 11 iyun-19 iyul tarixlərində keçiriləcək Dünya Çempionatından sonra baş tutacaq.
Qeyd edək ki, 11 avqustda Georgina Rodriges Instagram səhifəsində (Meta Rusiyada ekstremist təşkilat elan edilib və qadağandır) Ronaldo ilə nişanlandığını açıqlayıb.
Nuriyyə NATİQQIZI