Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı-Qazax magistralının Sahil qəsəbəsindən Şıxova qədər olan hissəsində (Bakının Qaradağ rayonu ərazisində) yolun işıqlandırılması ilə bağlı problem var.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Bildirilib ki, hər gün səhər saat 07:00 radələrində bu istiqamətdə işıqlar söndürülür:
“Dünən isə ümumiyyətlə işıq yox idi. Lakin Şıxovda saat 07:20 olmasına baxmayaraq, işıqlar hələ də yanırdı.
Axşam da burda eyni vəziyyətdir və hava getdikcə daha tez qaraldığı üçün yol işıqlarının tex söndürülməsi təhlükəlidir. Yolun işıqlandırılması hissə-hissədir. Yolun bəzi hissəsində işıqlar yanır, bəzi hissəsində isə söndürülür”.
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu göndərsək də, suallarımıza cavab ala bilmədik.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.