ain.az, Lent az saytına istinadən bildirir.
Bu aralar uşaqlar arasında kütləvi şəkildə suçiçəyi xəstəliyinin yayıldığı ilə bağlı iddialar dolaşır.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-ın sorğusuna bildirildi ki, ölkə üzrə xəstəliyin kütləvi yayılması müşahidə edilmir:
"Suçiçəyi xəstəliyi mövsümi xarakter daşıdığı üçün adətən payız-qış aylarında qeydə alınır. Ölkə üzrə xəstəliyin kütləvi yayılması müşahidə edilmir. Xəstəlikdən qorunmaq üçün yoluxmuş şəxslərlə təmasda olmamaq, əlləri tez-tez yumaq və şəxsi gigiyena qaydalarına riayət etmək tövsiyə olunur.
Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.