AZ

Yetkin yataqların bərpası - SOCAR-ın fəaliyyətinin əsas prioritetlərindəndir

Bakı. Trend:

Dünya üzrə neft hasilatının 70 faizdən çoxu artıq yetkinyataqlarda həyata keçirilir və bu göstərici artmaqda davamedir.

Trend xəbər verirki, bunu bu gün Bakıda keçiirilən SPE Xəzər Texniki KonfransındaSOCAR nümayəndəsi Murad Seyidov bildirib.

“Ölkə daxilində 30-dan çox yataqda 10 000-dən artıq quyunu idarəedirik. Bu yataqlar struktur xüsusiyyətlərinə, məhsul tərkibinə,infrastrukturun vəziyyətinə və digər parametrlərinə görəbir-birindən kəskin şəkildə fərqlənir. Yəni faktiki olaraq yataqlararasında son dərəcə geniş fərqlər diapazonu ilə üzləşirik”, – deyəMurad Seyidov vurğulayıb.

O qeyd edib ki, SOCAR üçün yetkin yataqların bərpası sadəcəpanel müzakirəsinin mövzusu deyil, gündəlik fəaliyyətin əsasprioritetlərindən biridir.

“Bu, seçim məsələsi deyil – son üç-beş ildə həyata keçirdiyimizstrategiyadır. Biz anladıq ki, yetkin yataqlar fərqli yanaşma tələbedir. Burada həcmlərin böyüklüyü yox, dəyərə yönümlülük önəmlidir.Məqsədimiz – yetkin aktivləri dəyər yaratmağa fokuslanaraq səmərəlişəkildə idarə etməkdir”, – deyə Murad Seyidov bildirib.

Onun sözlərinə görə, yetkin yataqlarda bir sıra məhdudiyyətlərmövcuddur.

“Bu yataqların bəziləri artıq 100 ildən çoxdur ki, fəaliyyətgöstərir. Bu isə təkcə yeraltı ehtiyatların azalması deyil, həm dəköhnəlmiş təcrübələrin, məhdud bilik mübadiləsinin,infrastrukturun, quyuların və kəmərlərin yaşlanmasının təsirideməkdir. Belə şəraitdə şirkətin maliyyə, əməliyyat və resursməhdudiyyətləri əsas amillərə çevrilir”, – SOCAR nümayəndəsi əlavəedib.

O bildirib ki, yataqların bərpasına yanaşmanın əsasında insandüşüncəsi dayanır.

“Biz həcmlərə yox, dəyərə fokuslanırıq. Bu yanaşma maliyyəqərarlarının və texniki tədbirlərin prioritetlərini, eləcə də əsaseffektivlik göstəricilərimizi müəyyənləşdirir. Bərpa, məqsədyönlüdüşünən və dəyər yaratmağa köklənən insanlarla başlayır. Vəzifəmizinsanları sadəcə icra etməyə yox, düşünməyə motivasiya etməkdir”, -deyə Murad Seyidov vurğulayıb.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr