AZ

Ronaldunun toyu nə vaxt olacaq? - TARİX AÇIQLANDI

Kriştianu Ronaldu və Corсina Rodriqes 2026-cı ilin yayında Madeyra adasında evlənəcəklər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, toy mərasimi Ronaldunun doğma şəhəri Funşaldakı kilsədə keçiriləcək, daha sonra isə lüks hoteldə davam edəcək.

Ronaldunun toy mərasimi gələn il iyunun 11-dən iyulun 19-dək davam edəcək keçiriləcək dünya çempionatından sonra baş tutacaq.

Qeyd edək ki, Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb, 2023-cü ilin yanvarından "Ən-Nəsr" komandasının hücumçusudur. Ölkədə nikahdankənar kişi və qadının eyni evdə yaşamasının qadağan olmasına baxmayaraq, əfsanəvi futbolçuya güzəşt edilib və uşaqlarının anası ilə birgə yaşamasına icazə verilib. İdmançının modeldən iki qızı var: altı yaşlı Alana Martina və bir yaşlı Bella Esmeralda.

Həmçinin futbolçunun 2010-cu ildə dünyaya gələn Junior Kriştianu Ronaldu adlı oğlu var. 2017-ci ildə isə surroqat ana idmançıya Eva və Mateo adlı əkizlər dünyaya gətirib. Rodriqes izləyicilərinə etiraf edib ki, ögey oğlu və qızlarını da öz uşaqları qədər sevir.

Oxu.Az

Seçilən
96
bakivaxti.az

1Mənbələr