Filippinin Mindanao bölgəsində 5.9 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniyanın Geoelmlər üzrə Tədqiqat Mərkəzi məlumat yayıb.
Episentrin dərinliyi 10 kilometr olaraq hesablanıb.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.