Bakı. Trend:
“Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılması vəbununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi təsdiqedilib.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Ərzaq təminatı xəritəsi” informasiya sistemiyaradılmalıdır.
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi (bundan sonra –Sistem) ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyənedilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlıvə dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını,işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıqsəviyyəsinin artırılmasını təmin etməlidir.
Sistemin sahibi və operatoru funksiyalarını AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi həyata keçirməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqındaəsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan RespublikasınınPrezidentinə məlumat verməlidir.
Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili vəinkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi ilə birlikdə Sistemin Azərbaycan RespublikasıPrezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğunolaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması vətəkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiyaehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahidreyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlətreyestrinə daxil edilməsi üçün görməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 1-ci hissəsinəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərininformalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsiQaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzitədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ciil 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəligələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.