Ukraynada münaqişənin həllinin yeni mərhələsi, o cümlədən Rusiya ilə birbaşa danışıqlar başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "The Wall Street Journal" məlumat yayıb"
Bildirilib ki, ABŞ ordusunun katibi Den Driscoll Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə görüşüb
Bundan əvvəl CBS telekanalı da Daniel Driscollun bazar ertəsi Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə görüşdüyünü iddia edib.
Rusiya prezidentinin mətbuat katibi BƏƏ-də keçirilən görüşlə bağlı məlumatı şərh edərkən bildirib ki, Moskva medianın xəbərlərini izləyir və onları təhlil edir.