AZ

Azərbaycan-Vatikan münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovVatikan şəhərinə rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-TacınDövlət Katibi, kardinal Pietro Parolin ilə görüşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan–Vatikanmünasibətlərinin mövcud vəziyyəti və gələcək inkişafperspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran regional vəqlobal məsələləri müzakirə ediblər.

Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişafına verdiyiböyük önəm vurğulanıb, son dövrlərdə həyata keçirilən yüksəksəviyyəli səfərlərin qarşılıqlı anlaşmanın gücləndirilməsinə mühümtöhfə verdiyi qeyd olunub.

Heydər Əliyev Fondu tərəfindən dəstəklənən qoruma və bərpalayihələrinin mümkün etdiyi humanitar əməkdaşlıq xüsusivurğulanıb.

Azərbaycanın multikulturalizm ənənələri və dini irsin, ocümlədən ərazilərimizdəki xristian abidələrinin qorunması sahəsindəuzunmüddətli səyləri diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan–Ermənistannormallaşma prosesi, tarixi Vaşinqton Sammiti razılaşmaları vəonların icrası, həmçinin post-münaqişə dövründə bölgədəki vəziyyətvə azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədəməlumat verib.

Seçilən
95
az.trend.az

1Mənbələr