AZ

Bolt Accelerator proqramı ikinci mərhələyə keçir - FOTO

Bolt Azərbaycan “Bolt Accelerator” proqramının birinci mərhələsinin uğurla tamamlandığını və layihənin ikinci mərhələsinin başladığını elan edib.

Avtosfer.az xəbər verir ki, yeni mərhələdə ən yüksək nəticə göstərən iştirakçılar xüsusi təlim və mentorluq dəstəyi alaraq öz biznes ideyalarını inkişaf etdirərək 2 dekabr tarixində keçiriləcək “Demo Day” “Təqdimat Günü tədbirində iştirak edəcək və seçilmiş münsiflər heyəti qarşısında təqdim edəcəklər. Seçilən ən yaxşı 10 biznes ideya layihəsinə və komandalara müxtəlif maddi və qeyri maddi mükafatlar təqdim ediləcək. 

Proqramın birinci mərhələsinin nəticələri

Ümumilikdə 809 nəfər layihəyə qoşulub, onlardan 220 nəfər seçilərək təlimlərdə iştirak hüququ qazanıb. 

Seçilmiş və təlimdə iştirak edən iştirakçılardan 

54 iştirakçı imtahanı uğurla tamamlayıb
35 namizəd müsahibə mərhələsinə dəvət alıb
20 iştirakçı isə ikinci mərhələyə seçilib
Bu göstəricilər, iştirakçıların yüksək motivasiyasını və proqram müddətincə sabit iştirak səviyyəsini əks etdirir.

İkinci mərhələyə keçən iştirakçılar üçün xüsusi qrup yaradılıb və onlar “Bootcamp” mərhələsində intensiv təlimlərə cəlb olunublar. 

Xatırladaq ki, Bolt Accelerator Bolt-un Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir. Bu fondun əsas məqsədi sürücü və kuryerləri iqtisadi baxımdan gücləndirmək, inkişaf üçün alətlər və imkanlar təqdim etmək, həmçinin şəhər mobilliyində innovasiyanı dəstəkləməkdir. Proqram artıq Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla tətbiq olunub və 30-dan çox biznes ideyasının həyata keçməsinə dəstək verib.

Azərbaycanda keçirilən proqram çərçivəsində finalda 7 qalib seçiləcək. Ümumi mükafat fondu 36 500 AZN təşkil edir və qalib gələnlər arasında: 

• 1 nəfər – 10 000 AZN

• 1 nəfər – 7 000 AZN

• 3 nəfər – 4 500 AZN

• 2 nəfər – 3 000 AZN qazanacaqlar. 

Bolt Azərbaycan komandasının nümayəndəsi, Əməliyyatlar meneceri Ramil Maharramov proqram barədə deyib:

“Bolt Accelerator proqramı ilə məqsədimiz gənclərin sahibkarlıq potensialını ortaya çıxarmaq, onların innovativ ideyalarını reallaşdırmaq və Azərbaycanda startap ekosisteminin inkişafına real töhfə verməkdir. Birinci mərhələnin nəticələri göstərdi ki, ölkəmizdə bu sahədə böyük maraq və güclü ideya bazası mövcuddur.”

FOTO QALEREYA
Seçilən
27
1
avtosfer.az

2Mənbələr