AZ

"Zəngəzur dəhlizi Türkiyənin strateji arzusudur" - Nazir

"Zəngəzur dəhlizi təkcə strateji arzu deyil, həm də kommersiya zərurətidir". 

"Unikal" xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat "Analiz" qəzetinə müsahibəsində deyib. 

Nazir ölkənin ticarət və logistika strateji prioritetlərini təqdim edib. O, Türkiyənin 3 qitənin kəsişməsindəki logistik körpü mövqeyini artıq coğrafi üstünlük kimi görmədiyini, həm də onu geosiyasi üstünlüyə çevirdiyini qeyd edib: "Zəngəzur dəhlizi ölkəni türk dünyası və Orta Asiya ilə birləşdirəcək. Geosiyasi rəqabəti aradan qaldırmaq çətin olsa da, ticarət potensialının cəlbediciliyi bu maneələri dəf etmək üçün kifayət qədər güclüdür. Uzunmüddətli perspektivdə Zəngəzur regional etimad yaradan sülh layihəsinə çevriləcək.

İnkişaf Yolu və Zəngəzur Dəhlizi təkcə multimodal daşımalar üçün nəzərdə tutulmur. Onlar həm də Türkiyənin strateji, enerji və kommunikasiya dəhlizi hesab olunur".

Ağarza Elçinoğlu

Seçilən
9
unikal.az

1Mənbələr