AZ

Erməni Kilsəsində qalmaqal: Arşak Xaçatryanla bağlı toplantı çağırıldı

Ermənistanda Eçmiədzin kilsəsinə aid yepiskopların toplantısı çağırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, toplantıda, böyük ehtimalla, Eçmiədzin kilsəsinin kargüzarlığının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Aykakan jamanak” qəzeti bununla bağlı məlumat da yayıb. Qəzetin yazdığına görə, internetdə bütün ermənilərin katolikosu II Qareginə ünvanlanmış ərizənin fotosu yayılıb. Həmin ərizədə yüksək rütbəli din xadimləri ondan Xaçatryanın tutduğu bütün vəzifələrin müvəqqəti dayandırılmasını və onun Birincitaxt Müqəddəs Etchmiadzin ərazisindən kənarda yaşamasını xahiş edir və təkidlə tələb edirlər.

Xatırladaq ki, internetdə arxiyepiskop Arşakla bağlı qeyri-etik videomateriallar yayılıb Ermənistan İstintaq Komitəsi həmin materialların yayılması faktı üzrə cinayət işi açıb.

Musavat.com

 

Seçilən
92
musavat.com

1Mənbələr