AZ

Emin Əmrullayev Mərkəzi Asiya Universitetinin rəhbər heyəti və QS prezidenti ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfəri çərçivəsində Mərkəzi Asiya Universitetini ziyarət edərək universitetin rəhbər heyəti və himayəçilər şurasının sədri Abducabar Abduvaxitov ilə görüşüb, eləcə də universitetin maddi-texniki bazası ilə tanış olub.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təsisçisi və prezidenti Nuntsio Kvakvarelli ilə də görüş keçirilib, Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Emin Emin Emin Emin Emin
Seçilən
100
18
apa.az

10Mənbələr