Taylandda qeyri-adi hadisə baş verib. Öldüyü güman edilən 65 yaşlı qadın dəfn mərasimində dirilib. Metbuat.az xəbər verir ki, hadisə Taylandın Banq Yai rayonunda baş verib. Yaxınları qadını dəfn edərkən tabutdan qarışıq səslər gəlib. Aidiyyatı qurumlar dərhal hadisə barədə məlumatlandırılıb. Bundan sonra qadının içində olduğu tabut xəstəxanaya çatdırılıb. Aparılan müayinə zamanı qadının ölmədiyi müəyyən edilib. Həkimlər xəstəyə infarkt və tənəffüs çatışmazlığı diaqnozu qoyublar. Xəstənin həmçinin şəkər xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Hazırda həkim nəzarətində olan 65 yaşlı qadın özünü normal hiss edir.