2023-cü ildə Lionel Messinin "Barselona"ya sensasion dönüşü son anda baş tutmayıb.

Offsideplus.az xəbər verir ki, həmin proseslə bağlı bütün detallara aydınlıq gətirilib:

Yanvar ayında Messi şəxsi olaraq Xavi ilə əlaqə saxlayaraq kluba qayıtmaq istədiyini bildirib.

Xavi yaşlı Messi üçün xüsusi oyun planı hazırlayıb və iki tərəf hər 10–15 gündən bir danışaraq prosesi irəlilədib.

Fevralda prezident Xoan Laporta Messinin atası Xorxe Messi ilə danışıqlara başlayıb.

Apreldə idman direktoru Mateu Alemani baş məşqçi Xaviyə La Liqanın keçidi təsdiqlədiyini və Messinin müqaviləsinin hazırlanmasına start verildiyini çatdırıb.

Bir neçə gün sonra Xorxe Messi Xaviyə zəng edərək bildirib ki, La Liqa artıq keçidə icazə vermir və proses dayanıb.

Leo Messi "Barselona"nın uzun sürən maliyyə problemlərindən yorularaq qərarını dəyişib və nəticədə" Inter Mayami"ilə müqavilə imzalayıb.

Messinin Kataloniyaya dönüşü beləliklə xəyala çevrilib.