AZ

“Quba”da yeni basketbolçu

“Naxçıvan” klubundan ayrılan amerikalı basketbolçu Kris Klark karyerasının “Quba”da davam etdirəcək.

Bizim.Media xəbər verir ki, təcrübəli oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Təcrübəli oyunçu karyerası ərzində “Əl-Ənsər”(Səudiyyə Ərəbistanı), “London Lions”(İnigltərə), “Vestçester Niks”(ABŞ), “Penyarol”(Uruqvay), Moldura Heat"(Avstraliya), “Kontern”(Lüksemburq), “Bolmar”(Boliviya), “Giessen”(Almaniya), “Avanti Mondorf”(Lüksemburq), “MK Lions”(İngiltərə), “Şəki”, “Naxçıvan” (Azərbaycan) klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
81
bizim.media

1Mənbələr