AZ

Ərdoğan yeganə liderdir ki... Çelik etiraf etdi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək. Bu məsələ bazar ertəsi günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığında müzakirə edilib və yaxın gələcəkdə Ankaranın gündəliyində olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin Ukraynada müharibənin sona çatması ilə bağlı aydın mövqeyi var.

“Prezidentimiz bunu həm Putin, həm də Zelenski ilə eyni vaxtda və açıq şəkildə müzakirə edə bilən yeganə liderdir. Bu məsələ dünən Ərdoğanın Putinlə telefon danışığında qaldırılıb”, – AKP nümayəndəsi bildirib.

Putinlə telefon danışığında Türkiyə lideri Ankaranın Rusiya ilə Ukrayna arasında birbaşa əlaqələri və münaqişənin sülh yolu ilə həllini asanlaşdıracaq diplomatik təşəbbüsləri dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
globalinfo.az

2Mənbələr