AZ

Rusiyada dəhşət: işgəncə verilən “reabilitasiya mərkəzi” ifşa edildi

Musavat.com xəbər verir ki, Moskva vilayətinin Dedovsk şəhərində yeniyetmələrə qarşı işgəncə və zorakılığın tətbiq edildiyi gizli “reabilitasiya mərkəzi” aşkarlanıb.

Hadisə 16 yaşlı yeniyetmənin bədənində ciddi xəsarətlər və döyülmə izləri ilə koma vəziyyətində reanimasiyaya aparılmasından sonra üzə çıxıb.

İstintaq Komitəsinin məlumatına görə, mərkəzdə avqustdan noyabr ayına qədər 11–17 yaş arası 24 uşaq zorla saxlanılıb. Valideynlərə psixoloqların nəzarəti və asılılıqdan professional müalicə vəd edilsə də, əslində uşaqlar döyülür, qorxudulur və fiziki cəzalara məruz qalırmış.

Araşdırmalar göstərib ki, mərkəzi təşkil edən qrup saxta “müalicə müqavilələri” ilə pul qazanırmış. Heç bir tibbi xidmət, nə də real reabilitasiya olmayıb.

Hadisədən sonra dərhal bir neçə maddə üzrə cinayət işi açılıb — ağır bədən xəsarəti yetirmə, işgəncə, qanunsuz azadlıqdan məhrum etmə. Mərkəzin administratoru və onun köməkçisi saxlanılıb, digər şübhəlilər isə axtarılır. 

 

Musavat.com

Seçilən
86
50
musavat.com

10Mənbələr