AZ

Künde niyə "Çelsi"ni yox, "Barselona"nı seçib? - Səbəbi açıqladı

“Barselona”nın müdafiəçisi Jul Künde 2022-ci ilin yayında “Çelsi” əvəzinə katalon klubunu seçməsinin səbəbini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə,"Goal" fransalı oyunçunun dediklərini belə çatdırıb.

“Xavi ilə söhbət çox xoşuma gəldi. Vaxt necə keçdiyini hiss etmədik və bu həmişə yaxşı əlamətdir. Əsas mövzumuz futbol idi. Mən futbol haqqında danışmağı sevirəm, xüsusilə də Xavi kimi tarixdə ən yaxşı oyunçulardan biri ilə. Tuxel ilə də danışdım və o, məni komandada görmək istəyirdi, amma mən Xavi ilə yanaşmanı daha çox bəyəndim”

O həmçinin qeyd edib ki, “Çelsi”də onu qanad müdafiəçisi kimi görürdülər, “Barselona”da isə müdafiəçi mövqeyi nəzərdə tutulmuşdu. Bu faktor da onun qərarında təsirli olub.

Seçilən
33
90deqiqe.az

1Mənbələr