AZ

“Qarabağ”ın hücumçusu: “İtaliyada tamamilə başqa oyun olacaq”

“Bu matça yaxşı motivasiya ilə hazırlaşmışıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Emmanuel Addai deyib.

24 yaşlı qanalı legioner Çempionlar Liqasının V turunda İtaliya təmsilçisi “Napoli” ilə keçiriləcək oyun barədə danışıb:

“Sumqayıt” üzərində qələbə bizi daha da ruhlandırdı. Bu qələbə “Napoli” oyunu üçün əlavə özünəinam verir.

İtaliyada tamamilə başqa oyun olacaq. Ümid edirəm, hər şey yaxşı olar. Qələbə qazanacağımıza inanırıq”.

Seçilən
10
sportinfo.az

1Mənbələr