AZ

Ertem Şenerdən PROQNOZ: ““Qarabağ” bu gecə elə futbol oynayacaq ki...”

““Qarabağ” bu gecə elə futbol oynayacaq ki, “Napoli”nin əfsanəvi futbolçusu Dieqo Maradonanın ruhu da komandanı alqışlayacaq”.

"Ölkə.az" xəbər verir ki, bunu Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener deyib.

“Mən orada futbol şərh etmişəm. Oyunlar zamanı atmosfer tam başqa olur. Matçın favoriti “Napoli”dir. Lakin Ağdam təmsilçisinin sonadək döyüşəcəyinə inanıram.

Mənə görə, Azərbaycan çempionunun İtaliyada qələbə qazanması sürpriz olmayacaq. Çünki Qurban Qurbanovun kollektivi böyük klublardan xal almağı bacardığını hamıya dəfələrlə sübut edi”, - o vurğulayıb.

Seçilən
7
1
olke.az

2Mənbələr