AZ

“Qarabağ” “Napoli”yə qarşı: Start heyətləri açıqlandı

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində bu gecə "Qarabağ" səfərdə "Napoli"nin qonağı olacaq.

Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, artıq hər iki komandanın matça çıxaracağı start heyətlər bəllidir.

Həmin heyətlərlə sizi tanış edirik:

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Meteus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 11. Addai, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

"Napoli": 32. M.Saviç, 17. Olivera, 4. Buoncorno, 31. Beukema, 22. Di Lorenzo, 8. Maktominey, 68, Labotka, 13. Rahmani, 7. David Neres, 19. Hoylund, 70. Lanq

Baş məşqçi: Antonio Konte

09:09

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, V tur çərçivəsində Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli" ilə qarşılaşacaq.

"Stadio Diego Armando Maradona" stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.

"Qarabağ" Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.

Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın "Benfika" (3:2), Danimarkanın "Kopenhagen" (2:0) komandalarını məğlub edib. İspaniyada "Atletik"ə uduzan (1:3) "köhlən atlar" Bakıda İngiltərə təmsilçisi "Çelsi" ilə bərabərə qalıb - 2:2.

Seçilən
6
day.az

1Mənbələr