Bakının Fəvvarələr Meydanında təşkil edilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında yanğın baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
"Noyabrın 25-də saat 18:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub", - məlumatda qeyd olunub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta