AZ

“Qarabağ”- “Napoli” matçı başlayır - CANLI

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Milli.Az xəbər verir ki, komanda İtaliyada "Napoli" ilə üz-üzə gələcək.

"Stadio Diego Armando Maradona" stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.

"Qarabağ" Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.

Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın "Benfika" (3:2), Danimarkanın "Kopenhagen" (2:0) komandalarını məğlub edib. İspaniyada "Atletik"ə uduzan (1:3) "köhlən atlar" Bakıda İngiltərə təmsilçisi "Çelsi" ilə bərabərə qalıb - 2:2.

Milli.Az

Seçilən
15
14
milli.az

10Mənbələr