AZ

İranda təhlükəli vəziyyət: Məktəblər bağlandı, əhaliyə xəbərdarlıq edildi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İranın Gilan əyalətində epidemioloji vəziyyətin pisləşməsi səbəbindən sabahdan etibarən məktəblərin ibtidai sinifləri bağlanacaq və dərslər onlayn qaydada təşkil olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə əyalətin valisi Hadi Həqşenas məlumat verib. Onun sözlərinə görə, qərar bölgədə azyaşlılar arasında yoluxmanın artması ilə bağlı qəbul olunub.

Vali həmçinin bildirib ki, 6-cı sinif və aşağı siniflərdə təhsil alan övladları olan işləyən anaların da müvəqqəti olaraq onlayn işləməsi barədə göstəriş verilib.

Qərarın məqsədi ailə daxilində yoluxma riskini azaltmaqdır.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
globalinfo.az

1Mənbələr