AZ

Bu ölkə Avropaya qoşun göndərməyə hazırlaşır: Rəsmən təsdiqləndi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniya hökuməti atəşkəs əldə olunduqdan sonra öz hərbi kontingentini Ukraynaya göndərmək imkanını nəzərdən keçirməyə davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kir Starmer məlumat verib. O bildirib ki, Londonun mövcud öhdəliyi qüvvədə qalır.

Stramer bu mövqeni dəstəkləmək üçün noyabrın 25-də səhər saatlarında onunla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığına istinad edib.

Danışıqlar zamanı tərəflər aktiv döyüş əməliyyatlarının başa çatmasından sonra çoxmillətli hərbi kontingentin formalaşdırılması və bu prosesdə müttəfiqlər arasında koordinasiyanın vacibliyini vurğulayıblar.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
globalinfo.az

1Mənbələr