AZ

Naxçıvan Mədəniyyət Nazirliyində 11 ayda 7.8 milyonluq tender “yarışı” – milyonlar eyni şirkətlərə necə köçürülüb?

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi 2025-ci ildə müxtəlif təyinatlı satınalmalar üzrə diqqətçəkən miqdarda büdcə vəsaiti xərcləyib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, nazirliyin tabe qurumları ilə birlikdə keçirdiyi tenderlərin ümumi dəyəri 7 milyon 870 min 741 manat 64 qəpik təşkil edir. Həmçinin məlum olub ki, milyonlarla büdcə vəsaiti həm mədəniyyət ocaqlarının bərpasına, həm də müxtəlif dəftərxana ləvazimatlarına, yanacağa, festival xidmətlərinə və avadanlıqlara yönəldilib. Tenderlərin bir hissəsi iri məbləğlərlə seçilir.

Nazirliyin ən böyük xərcləri Möminə xatun türbəsi və digər tarixi abidələrlə bağlıdır. 32gun.az həmin müqavilələrə aid siyahını təqdim edir:

“Ateiler Erich Pummer GmbH” – Möminə xatun türbəsinin bərpası üçün
3.811.993,67 AZN

“SKY Construction and Repair” MMC – Ordubad şəhərində tarixi binanın bərpası
2.523.971,32 AZN

Təkcə bu iki satınalma Nazirliyin ümumi tender xərclərinin təxminən 81%-ni təşkil edir.

Yüksək məbləğli digər satınalmalar
“LİNKLİNE” MMC – Heydər Əliyev Muzeyi üçün kamera, siqnalizasiya və mühəndis avadanlıqları
355.539,9 AZN

“BEETECH” MMC – musiqi məktəbləri üçün musiqi alətləri
469.055,9 AZN

“LUSSO Mebel Dekorasiya” MMC – Heydər Əliyev Muzeyi üçün mebel
73.962,4 AZN

Festival, tədbir, mətbəə və dəftərxanaya da yüz minlərlə ayrılıb
Nazirlik həmçinin “BaharFest”, “28 May Müstəqillik Günü” kimi tədbirlərin təşkili üçün, eləcə də rayon kitabxana və muzeyləri üçün mətbəə məhsulları, dəftərxana və təsərrüfat malları almağa da on minlərlə manat xərcləyib.

Nazirlik üçün Aİ-95 benzininin alınması: 4.800 AZN
Hesabatlarda Aİ-95 markalı benzinin alınması üçün ayrılmış 4.800 AZN də ayrıca qeyd olunur.

32gun.az-ın araşdırması nəticəsində müəyyən olunub ki, Mədəniyyət Nazirliyinin tenderlərini əsasən eyni şirkətlər qazanır, xüsusilə “GROSSMED”, “LUSSO Mebel Dekorasiya”, “Azərdövlətsənayelayihə” və digərləri bir neçə dəfə qalib kimi qeyd olunur.

Seçilən
38
nocomment.az

1Mənbələr