AZ

Böyük Britaniya Ajax zirehli texnikasının istifadəsini dayandırdı

BAKI, 26 noyabr. TELEQRAF

Böyük Britaniya Silahlı Qüvvələri yeni nəsil Ajax zirehli döyüş maşınlarının istifadəsini müvəqqəti dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, sınaqlar zamanı təxminən 30 hərbçi güclü vibrasiya və eşitmə problemlərindən şikayət edib. Məhz bu səbəbdən Britaniya ordusu iki həftə müddətinə "Ajax" maşınlarının istifadəsini dayandırmaq barədə qərar verib.

Müdafiə Nazirliyi təhlükəsizliklə bağlı araşdırmanın davam etdiyini və texnikanın yenidən istifadəyə qaytarılması üçün bütün risklərin qiymətləndiriləcəyini bildirib.

Seçilən
33
teleqraf.com

1Mənbələr