AZ

"Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi" - Antoni Konte

style='margin-bottom:10px;'>

"Bu, "Napoli", Neapol, bütün neapollular üçün xüsusi bir axşam idi. Maradonanın ruhunu bu gün şərəfləndirmək istəyirdik. Stadionda müsbət enerji var idi. Bu enerjini həm verdik, həm də aldıq”.

QOL.az xəbər verir ki, bu sözləri "Napoli"nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Qarabağ"a qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfrnasında deyib.

İtaliyalı mütəxəssis "Qarabağ"ın turnirdəki uğurlu çıxışlarını xatırladaraq çətin rəqiblə qarşılaşdıqlarını bildirib. O, matçda bir neçə dəfə "Qarabağ"ı real qoldan xilas edən qapıçı Mateuş Koxalskini də fərqləndirib: "Son iki görüşdə "Atalanta və “Qarabağ”a qarşı yaxşı çıxışlarımız oldu. Bu gün çətin rəqiblə qarşılaşdıq. "Qarabağ"ın “Çelsi” ilə 2:2 hesablı heç-heçə etdiklərini, “Benfika” və “Kopenhagen”ə qalib gəldiklərini unutmayaq.  "Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi. Çempionlar Liqasında asan oyunlar yoxdur".

Konte hazırda komandasının çətin durumda olduğunu da əlavə edib: "Çox çətin vəziyyətdəyik. Ehtiyat oyunçular skamyasında yeddi oyunçu var idi. Onların da ikisi qapıçı və iki gənc oyunçu idi. Çətin vaxtdır və mövsümün əvvəlindən belədir".

Seçilən
35
2
teleqraf.com

3Mənbələr