AZ

Azərbaycanda futbolçu mediaya açıqlamasına görə cəza aldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az-ın PFL-in saytına istinadən məlumatına görə, iclasda"Karvan-Yevlax"ın yarımmüdafiəçisi Vadim Abdullayevin 1 oyunluq cəzalandırılmasına qərar verilib.

Buna səbəb AbdullayevinMisli Premyer Liqasının 12-ci turunun "Kəpəz"lə oyunundan sonra mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verməsi olub.

V.Abdullayev "Kəpəz"lə oyundan sonra özü bilərəkdən sarı vərəqə aldığını açıqlayıb. O, cəzasını "Qarabağ"la oyunda çəkərək 14-cü turda "Şamaxı" ilə matçda meydanda olmaq istədiyini deyib.

Bu açıqlaması isə onun "Şamaxı" ilə görüşü də burxmasına səbəb olacaq.

Seçilən
33
sportinfo.az

1Mənbələr